Azərbaycan ət idxalını 3 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 34 min 860 ton ət idxal edib.

Mebuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin idxal dəyəri 69 milyon 995 min ABŞ dollar təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 054 ton (3,1 %), dəyər baxımından isə 7 milyon 385 min ABŞ dolları (11,8 % ) çoxdur.

Belə ki, 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 62 milyon 610 min ABŞ dollar dəyərində 33 min 806 ton ət idxal edib.

Qeyd edək ki, hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,49 %-ini təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı