Dollar rekord vuracaq, lirə çökəcək - Bankdan proqnoz

Dünyaca məşhur “Citibank” Türkiyə iqtisadiyyatı ilə bağlı hesabat dərc edib.

Metbuat.az xəbər verir ki, ABŞ-da yerləşən “Citibank”ın hesabatdında Türkiyə ilə bağlı dollar və inflyasiya proqnozları yer alıb. İnflyasiya proqnozunu 70,3 faiz olaraq açıqlayan bank, dollar məzənnəsi proqnozlarının 2023-cü ilin sonu üçün 29,76, 2024-cü ilin sonu üçün 38,63 səviyyəsində olacağını irəli sürüb. “Citibank” 2025-ci ilin sonuna kimi dolların 40 lirəni keçəcəyini bildirib. Hesabata görə, dolların lirə qarşısındakı məzənnəsi 2025-ci ilin sonunda 43,35 səviyyəsində olacaq.

Qeyd edək ki, “Citibank”ın inflyasiya proqnozu Türkiyə Mərkəzi Bankın proqnozundan yüksək olub. Türkiyə Mərkəzi Bankının proqnozuna görə inflyasiya 2023-cü ilin sonu üçün 65, 2024-cü ilin sonu üçün yüzdə 36 faiz olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı