Qadın həbsdə olan oğluna telefon ötürmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsinin qarşısı alınıb.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, məhkum Fərid Adbala oğlu Məhərrəmova anası Pürüzə Balamməd qızı Məhərrəmovanın gətirdiyi sovqatdakı paltonun cibində gizlədilmiş 1 ədəd “İphone” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı