Azərbaycan millisi Millətlər Liqasında son oyununa çıxır

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında sonuncu oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri bu gün Farer adaları ilə qarşılaşacaq.

Komandamız rəqibi ilə “Dalğa Arena”da üz-üzə gələcək. Saat 19:00-da başlayacaq matç millimiz üçün formal xarakter daşıyır. Çünki qadınlarımız son tur öncəsi aktivindəki 13 xalla qrup birinciliyini və B Liqasına vəsiqəni təmin edib.

C Liqasının III qrupunda hazırda Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, aktivində xal olmayan Farer adaları isə sonuncudu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı