Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası ilə bağlı razılığa gəldilər

Qırğızıstan və Tacikistan dövlət sərhədlərinin daha 24 kilometrinin delimitasiyası ilə bağlı razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, topoqrafik və işçi qrupların növbəti ikitərəfli görüşü Soqd vilayətinin Buston şəhərində keçirilib.

“Tərəflər Qırğızıstanda keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəklər. İclasın yekunu üzrə müvafiq protokol imzalanıb”, - Nazirlər Kabinetindən bildirilib.

Sənədə əsasən, Qırğızıstanın Tacikistan ərazisində olan və istifadə etdiyi obyektlərə çıxışı olacaq, lakin torpaqlar Tacikistanda qalacaq. Eyni zamanda, Tacikistan Qırğızıstan ərazisində istifadə etdiyi obyektlərə çıxış əldə edəcək və bu ərazilər də Qırğızıstanda qalacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR