Azad edilmiş rayonlarda yeni yaradılan fiziki və hüquqi şəxslərin sayı açıqlanıb - SİYAHI

2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 1783 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 42.3%, fərdi sahibkarlıq subyektlərinin sayı 5.6% artıb. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş rayonlarda 71 yeni müəssisə və təşkilat ,1688 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.

Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə (22) və fərdi sahibkarlıq subyekti (695) Ağdamda yaradılıb.

Aşağıdakı cədvəldə, cari ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin siyahısı verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı