Gədəbəydə qəzaya düşən qazi Bakıda öldü - FOTO

Bir neçə gün əvvəl Gədəbəydə idarə etdiyi avtomobillə qəzaya düşən Vətən müharibəsi qazisi Sərxan Məmmədov vəfat edib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Slavyanka kəndində “VAZ” markalı avtomobilin aşması nəticəsində xəsarət alan S.Məmmədov daha sonra Bakıdakı Respublika Klinik Xəstəxanasına gətirilib. Lakin o, dünən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Sərxan Vahid oğlu Məmmədov müharibədəki xidmətlərinə görə bir sıra medallarla təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı