Makqreqor baş nazirliyə namizəd oldu

Dünyaca məşhur irland döyüşçü Konor Makqreqor İrlandiyada baş nazirliyə namizəd olub.

Metbuat.az xəbər verir ki, döyüşçü elan etdiyi sorğuda böyük fərqlə irəlidədir. Makqreqor açıqlamasında digər namizədlərə söz ataraq “Seçimlərə qatılsam, potensial rəqabət: Gerrinin 78 yaşı var. Bertinin 75 yaşı var. Endanın 74 yaşı var. Onların hər birinin öz partiyası ilə qırılmaz bağları var. Onlar öz partiyalarından kənarda camaatın nə hiss etdiyi ilə maraqlanmırlar. Mənə bax, 35 yaşım var. Gənc, aktiv, ehtiraslı, təravətli dəri. Yaxşı dinləyiciyəm. Dəstək oluram. Uyğunlaşa bilirəm. Partiya əlaqəm/qərəz/qohumbazlığım yoxdur. Mən maliyyə qaynaqlarını təmin edə bilərəm. İrlandiya xalqı, "Baş nazir olaraq iqtidarda mən olmazdım. Hakimiyyətdə mən və siz olardıq” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı