​"Arsenal" türk hücumçunu transfer edir

"Liverpul" və "Arsenal" "Yuventus"un gənc istedadı Kənan Yıldızı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Arsenal”ın transfer yarışında daha iddialı olduğu bildirilir. “Tuttosport”un xəbərinə görə, türk futbolçu Kənan Yıldızın ən ciddi alıcısı “Arsenal”dır. “Yuventus”un futbolçu üçün 35-40 milyon avro tələb edə biləcəyi bildirilir. Məlumata görə, hücumçunun klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. "Yuventus"un baş məşqçisi Massimiliano Alleqrinin Kənan Yıldıza son 4 matçda oynamaq şansı verməyib. İddia olunur ki, hücumçu əsas heyətdə yer almasa klubdan ayrılacaq.

Bu mövsüm "Yuventus"un A komandasında 5 matça çıxan Kənan Yıldız cəmi 36 dəqiqə meydanda qalsa da, nə qol, nə də assist edə bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı