Bakıda hiss edilən zəlzələnin müddəti açıqlandı

Bugünkü zəlzələ 51 saniyə davam edib və heç bir dağıntı qeydə alınmayıb.

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, qeydə alınan afterşoklar nəticəsində enerji boşalmaları baş verib. Təşvişə düşməyə isə ehtiyac yoxdur.

Qurban Yetirmişli əlavə edib ki, zəlzələdən sonra 5 afterşok qeydə alınıb.

O həmçinin əlavə edib ki, ölkə ərazisində yeni seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq.

Hətta 2024-cü ilin yaz aylarında Seysmoloji Xidmət Mərkəzi ilə Fövqəladə Hallar Nazirliyi birgə tədqiqat aparacaq. Bununla bağlı Yaponiyadan da mütəxəssislər dəvət edilib.

Polisə də hər hansı bir xoaşgəlməz halla bağlı müraziət daxil olmayıb.

Qeyd edək ki, təşvişə səbəb olmadığı bildirilsə də, səhər saatlarında təkan qeydə alınan ərazilərdəki valideynlər övladlarını məktəbdən götərəblər. Hətta bəzi məktbələrdən də valideynlərə zəng edərək uşaqlarını aparmaları istənilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində müəllim və şagird kollektivinin binadan aralı toplanış məntəqələrində toplanması təmin edilib. Qeyd olunub ki, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə edilib.

Baş vermiş zəlzələ "Bakı Metropoliteni"nin də fəaliyyətinə təsir göstərməyib. Metropolitenin infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirildiyi bildirilib.

Daha ətraflı videoda



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı