AZAL İraqın 3 şəhərinə uçuşlara başlaya bilər

"Azərbaycan Hava Yolları" QSC (AZAL) İraqın paytaxtı Bağdada, eləcə də bu ölkənin Ərbil və Bəsrə şəhərlərinə uçuşlara başlaya bilər.

Metbuat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İraqa səfər çərçivəsində bu ölkənin nəqliyyat naziri Rəzzaq Muhaybas Al-Sadavi ilə görüşdük. İki ölkə arasında beynəlxalq yük və avtomobil daşımaları sahəsində əməkdaşlığın inkişafını müzakirə etdik. AZAL-ın bu aydan Bakıdan Bağdad və Ərbilə, gələn ilin aprel ayından isə Bəsrəyə həftədə bir dəfə reys həyata keçirməsi məsələsini nəzərdən keçirdik", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı