Qərbi Azərbaycan İcması bəyanat yaydı

Bir qrup amerikalı konqresmen və senator ənənələrinə sadiq qalaraq Azərbaycanla bağlı növbəti böhtan mahiyyətli məktubla çıxış edib. Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal altında qalan 8 Azərbaycan kəndini “erməni kəndi” kimi qələmə veriblər.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin deyilir: “Ermənistanın 8 kəndin Azərbaycana məxsus olması barədə özünün rəsmi səviyyədə mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza doğurur. Amerikalı konqresmenləri və senatorlarının zavallı durumuna acıyırıq.

Bunu konqresmenlərin və senatorların savadsızlığının, yalançı “Amerikalı müstəsnalığı”na əsaslanan təkəbbürünün, azərbaycanofobiya və islamofobiya mərəzinə tutulmasının bariz nümunəsi kimi dəyərləndiririk.

Dünən Azərbaycan ilə Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma onu göstərir ki, Cənubi Qafqazın amerikalı konqresmenləri və senatorlarının savadsız məktublarına heç bir ehtiyacı yoxdur və onlar bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı