Tonlarla balıq sahilə çıxdı - Asiya sahillərində qəribə hadisə

Yaponiyanın Hakodate bölgəsində müəmmalı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Hakodatedəki Toi limanı yaxınlığında on minlərlə sardina və ton balığı sahilə çıxıb. Şəhər hökuməti və əyalət hökuməti hadisə ilə bağlı araşdırmalara başlayıb. Balıqların təmizlənməsi üçün işlərin davam etdiyi açıqlanıb. Yerli dairələr tonlarla ölü balığın çimərlikdə sahilə çıxdığını qeyd edib. Yaponiya mətbuatına danışan 65 yaşlı balıqçı, "Mən sahilə çıxan balıqların oksigen çatışmazlığından öldüyünü daha əvvəl görmüşdüm, amma bu qədər çox balığın öldüyünü ilk dəfə görürəm" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı