"Qalatasaray" "Real”ın istedadlı futbolçusunu alır - Razılıq verildi

"Qalatasaray"ın "Real Madrid"də çıxış edən qapıçı Andriy Lunini transfer etmək istədiyi iddia edilib.

Metbuat.az-ın məlumatına görə, "Qalatasaray" 24 yaşlı qolkiperi yeni mövsüm üçün heyətinə cəlb etmək istəyir. Bildirilir ki, "Qalatasaray" Andriy Luninin əsas qapıçı olmasını istəyir və bu transfer reallaşarsa Fernando Muslera klubdan gedə bilər. Məlumata görə, 37 yaşlı Fernando Musleranın "Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatır. “Real Madrid”in Lunin üçün 10 milyon avro istədiyi, "Qalatasaray"ın isə 4 milyon avro civarında ödəmək istədiyi deyilir. İddialara görə, ukraynalı futbolçu Türkiyəyə gəlməkdə maraqlıdır.

Qeyd edək ki, Andriy Lunin bu mövsüm "Real Madrid"in heyətində ümumilikdə 7 oyun keçirib. Qolkiper bu görüşlərdə 4 qol buraxıb. Lunin keçirdiyi 4 matçda isə qapısını toxunulmaz saxlaya bilib. Luninin hazırkı transfer dəyəri 5 milyon avrodur və onun klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı