“Barselona”dan küsən hücumçu “Arsenal”a keçir

"Arsenal"ın israrla istədiyi ispaniyalı hücumçu Ferran Torres "Barselona"dan ayrılır.

Metbuat.az xəbər verir ki, Ferran Xavinin rəhbərliyi altında oyun imkanı əldə etmədiyi üçün “Barselona”dan ayrılmağı düşünür. “AS” qəzetinin məlumatına görə, Ferran Torres "Arsenal"ın təklifini nəzərdən keçirir. Bəzi KİV-lərin iddialarına görə, futbolçu “Arsenal”a artıq razılıq verib. Qeyd edək ki, "Mançester Siti"dən transfer olunan 23 yaşlı hücumçu bu mövsüm "Barselona"nın heyətində 19 matça çıxıb və 880 dəqiqə meydanda olub. O, bu matçlarda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

İspan hücumçunun La Liqa nəhəngi ilə müqaviləsi 2027-ci ildə başa çatacaq. “Transfermarkt”in məlumatlarına görə, Torresin hazırkı transfer dəyəri 35 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı