Ağdamda dəmir yolu və avtovağzal kompleksi inşasına başlanılıb

Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılıb.

Metbuat.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihədə son razılaşdırma işləri gedir: “Hazırda Qarabağda bizim iki layihəniz həyata keçirilir. Bunlardan biri Bərdə-Ağdam layihəsidir ki, artıq layihənin böyük hissəsi tamamlanıb”.

O qeyd edir ki, Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib: “Ümumilikdə layihənin 85 %-i icra olunub. Sadəcə son stansiyalar- Təzəkənd, Bərdə, Köçəri stansiyalarının tikintisi həyata keçirilir və yaxın vaxtlarda yekunlaşacaq”.

R. Rüstəmov bildirib ki, Horadiz-Ağbənd layihəsi üzrə isə işlərin 45 %-i həyata keçirilib: “Layihə sürətlə həyata keçirilir. Layihənin yekunlaşdırılması 2025-ci ilə nəzərdə tutulub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı