Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb.
Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, pərəstişkarları 87 yaşlı Xanlarovanın bu yaşında da gözəl göründüyünü yazaraq onu tərif yağışına tutublar.
Xatırladaq ki, bundan əvvəl, 2 ay öncə də stilist Rəşad Əliyev sosial şəbəkə hesabında oxşar paylaşım etmişdi: “Azərbaycan musiqisinin baş tacı, SSRİ-nin Xalq artisti, dünya şöhrətli əfsanəvi müğənni Zeynəb xanım Xanlarova ilə hər görüş bir bayramdır.
Nə xoş mənə ki, dünyanın Zeynəbiyləyəm”.