Körpüdəki çökmə aradan qaldırılır

Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Metbuat.az-a verilən məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR