İsrailin Qəzzadakı itkiləri artdı

Qəzzanın şimalında davam edən qarşıdurmalarda İsrail ordusu itkilər verib.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası məlumat verib. Bildirilib ki, son döyüşlər zamanı daha 8 əsgər həlak olub. Bununla da, Qəzzada həlak olan hərbçilərin sayı 442-ə çatıb.

Qeyd edək ki, HƏMAS-ın İsrail hücumundan sonra Qəzzada hərbi əməliyyatlar keçirilir. 15 mindən çox mülki şəxs həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR