"Qarabağ"ın potensial rəqibləri bilindi - "Qalatasaray", "Milan"...

“Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Metbuat.az bildirir ki, buna UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib.

Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəklər. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar. Hazırda H qrupunda ikinci pillədə qərarlaşan “Qarabağ” İsveçin “Hakken” klubu ilə bu gün keçiriləcək görüşdən sonra da mövqeyini dəyişməsə, ÇL-in qrupunda üçüncü yeri tutanlardan biri ilə üz-üzə gələcək.

“Qarabağ”ın potensial rəqibləri:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Donetsk, Ukrayna)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı