Xocavənddə və Kəlbəcərdə turizm rekreasiya zonaları yaradılacaq

"Xocavənddə 3, Kəlbəcərdə 5 ərazidə turizm rekreasiya zonası yaradılacaq".

Metbuat.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" I elmi-praktiki konfransda deyib.

O əlavə edib ki, Kəlbəcərdə yaradılacaq turizm zonası 3 min hektardan çox ərazini əhatə edəcək:

"Bu ərazilərdə turizm zonaları xarici mütəxəssislərin iştirakı ilə müəyyənləşdirilib. Layihə-smeta sənədləri hazırlandıqdan sonra işlərə başlanılacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı