Hakim partiya prezidentliyə namizədini seçir

Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

Metbuat.az xəbər verir ki, iclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı