​“Real”ın istədiyi Osimhen 130 milyonluq müqaviləyə imza atır

“Çelsi” və “Real Madrid”in transfer etmək istədiyi iddia edilən Viktor Osimhen sürpriz qərar verib.

Metbuat.az xəbər verir ki, hücumçu “Napoli” ilə yeni müqavilə imzalamaq qərarına gəlib. İtalyan insayder Fabrizio Romanonun xəbərinə görə, "Napoli"nin ulduzu Viktor Osimhenin başqa komandaya transfer olunacağı ilə bağlı iddialar təkzib edilib. Nigeriyalı futbolçu "Napoli" ilə yeni müqavilə üçün prinsipial razılığa gəlib. Onun mövcud müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Osimhenin “Napoli” ilə 2026-cı ilə qədər yeni müqavilə imzalamağa hazırlaşdığı qeyd edilib. Onun yeni müqaviləsində sərbəst qalma bəndi 130 milyon avrodur.

Qeyd edəki, adı “Real Madrid” və “Çelsi” klubları ilə sıx hallanan Viktor Osimhenin “Çelsi”yə transfer olmağa razılıq verdiyi və transferin 130 milyon avro qarşılığında reallaşacağı irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı