Ət oğurluğuna görə tutulan kababçıya hökm oxundu

Bakıda fəaliyyət göstərən məşhur restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən Natiq Qardaşovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Natiq Qardaşov 5 min manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Zərərçəkmiş qismində "Tonqal” restoranının icarədarı Hüseynov Şəmsəddin Ələsdan oğlu tanınıb.

İttihama görə, 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək olan müddətdə Bakıdakı "Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində ziyan vurulub.

Natiq Qardaşov barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı