“Moskva “3+3” formatında fəal işi davam etdirmək əzmindədir”

“Rusiya “3+3” formatında fəal işi davam etdirmək əzmindədir”.

Metbuat.az xəbər verir ki, bunu “Sputnik”ə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O, regional formatları bölgənin problemlərinin həlli üçün ən yaxşı üsul hesab edir.

Gürcüstanın hələ bu formatda iştirak etmədiyini söyləyən diplomat rəsmi Tbilisinin birgə işləməyə hazır olduğu təqdirdə qapının hər zaman onlara açıq olduğunu vurğulayıb.

Qeyd edək ki, “3+3” formatı Rusiya, İran, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tutur.

Qrupun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə keçirilən digər görüş isə 2023-cü ilin oktyabrında İranda baş tutub. Növbəti görüş 2024-cü ildə Türkiyədə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı