Azarkeşlər arasında qarşıdurma - 140 nəfər həbs edildi

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyunu ərəfəsində Amsterdamda baş verən davada “Ayaks” və AEK-in 140-dan çox azarkeşi həbs edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Bildirilir ki, iki klubun azarkeşləri arasında qarşıdurma metroda – fanatlar stadiona gedərkən baş verib. Bundan başqa, şəhərin mərkəzində azarkeşlər polislə toqquşub.

Hadisələrdən sonra AEK azarkeşlərini daşıyan qatarların təhlükəsiz keçməsini təmin etmək üçün metro stansiyası boşaldılıb.

Amsterdamın meri Femke Halsema, hadisələrin “Ayaks” azarkeşlərinin böyük həzz aldığı həyəcanlı bir futbol axşamının ləkəsi” olduğunu söyləyib.

Xatırladaq ki, “Ayaks” AEK-i 3:1 hesabı ilə məğlub edərək, 5 xal toplayıb və yazda Konfrans Liqasında oynamaq hüququ qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı