Bu ərazilərə qar yağdı - HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 17-si saat 15.00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, yağıntılı hava şəraiti davam edir.

Metbuat.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Şəmkir, Qusar, Şabran, Beyləqanda arabir yağış, Xaltan, Qubada qar yağıb.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Neftçala, Şahdağda 20 m/s, Gəncədə 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qobustan, Şəki, Qusar, Xaltan, Yevlax, Cəfərxan, Hacıqabul, Yardımlıda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da yeddi dərəcəyədək isti, dağlıq rayonlarda yeddi dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə sıfır dərəcə şaxta, aran rayonlarında 11 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR