"Qalatasaray"la indi yox, finalda qarşılaşsın - Türklər "Qarabağ"dan çəkinir

Türkiyənin futbol şərhçisi Serkan Akkoyun “Qalatasaray”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri barədə danışarkən “Qarabağ”ın güclü komanda olduğuna diqqət çəkib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, bu mərhələdə “Qalatasaray”ın “Qarabağla” qarşılaşması arzuolunan deyil. "Bu mərhələdə "Qarabağ"la qarşılaşmağa ehtiyac yoxdur. "Qarabağ" tam bir məşqçi komandasıdır. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 2008-ci ildən komandaya rəhbərlik edir. Çox yaxşı komanda formalaşdırıb. Bu mərhələdə qarşılaşmağa ehtiyac yoxdur. “Qarabağ”la yarımfinalda və ya finalda qarşılaşaq”.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR