Şimali Koreya ardıcıl iki raket atdı

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın qitələrarası ballistik raket buraxdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu, Şimali Koreyanın son 24 saatda atdığı ikinci raketdir. Məlumata görə, Şimali Koreya Yapon dənizinə doğru ikiinci qitələrarası ballistik raketi atıb. Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın Yapon dənizinə doğru atdığı raketin 73 dəqiqə havada qaldığını və şimalda Hokkaydo sahillərinə düşdüyünü bildirib. Raketin Yaponiya ərazilərdən kənara düşüyü qeyd edilib.

Cənubi Koreya Baş Qərargahının açıqlamasına görə, Şimali Koreyanın atdığı raket havada 1000 kilometr məsafə qət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı