TƏBİB Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) 17.12.2023-cü il tarixində saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib.

Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

14:59

Lənkəranda qızılca xəstəliyindən ölüm halı qeydə alınıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, Lənkəranın Şirinsu qəsəbə sakini olan 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadənin qızılcadan öldüyü bildirilir.

Məlumata görə, azyaşlıda bir həftə əvvəl yüksək hərarət yaranıb. Ailənin özünün gördüyü tədbirlər zamanı uşağın hərarəti düşüb, yaranan qızartılar çəkilib. Ötən gün uşaqda yenidən hərarət yaranıb və evə təcili tibbi yardım çağırılıb. Təcili yardım uşağa ilkin tibbi yardım göstərib, onun təcili xəstəxanaya aparılmasını təkid edib. Lakin ailə buna etiraz edib. Təcili tibbi yardımdan sonra uşağın halı pisləşib və o, yaxınları tərəfindən təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər uşağa yardım göstərsə də, onu xilas etmək mümkün olmayıb.

Ailənin digər övladı, 2019-cu il təvəllüdlü Yunus Elvin oğlu Abızadənin də hərarətinin olduğu, azyaşlının Bakıdakı xəstəxanaya yola salındığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı