Azərbaycanla Türkiyə Araz və Kür çaylarının su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq edəcək

Dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla Baş naziri Əli Əsədov arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair müzakirə aparıb.

Nazirlər Kabinetindən Metbuat.az-a verilən məlumata görə, görüşdə qeyd edilib ki, bütün ölkələr üçün olduğu kimi Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı