Bayram günlərində Şuşaya giriş-çıxışa məhdudiyyət qoyulmayıb - RƏSMİ

Bayram günlərində Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyinin məlumatında deyilir.

Qeyd olunub ki, bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

“Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı