Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, şimal-qərbdəki Qansu əyalətində 113 nəfər, qonşu Qinghai əyalətində 22 nəfər ölüb. Daha 12 nəfərin itkin düşdüyü bildirilir.