​“Real” və “Barselona”nı dizə gətirən “Jirona”nın sirri nədir? - Tarixi uğurun astanasında

“City Group”a daxil olan La Liqa komandası “Jirona”nın İspaniyada “Real Madrid” və “Barselona”nı qabaqlayaraq lider olması futbol mütəxəssislərinin diqqətini çəkir.

Metbuat.az xəbər verir ki, klubun tarixi uğuru müzakirə edilir. Təbii ki, “Girona FC”nin “City Group”a keçməsi klubun inkişafına böyük töhfə verib, lakin uğur təkcə bu amildən ibarət deyil. Belə olsaydı, “City Group”da yer alan Fransanın “Troya” komandası da uğur qazanardı.

Gəlin, mövsümün indiyədək olan hissəsində uğur əldə edən, “Jirona”nın strukturuna nəzər salaq. Əvvəla, komanda bu mövsüm klubu tərk edən oyunçulardan təxminən 18 milyon avro qazandığı halda, yeni oyunçulara xərclənən ümumi məbləğ 22,25 milyon avrodur.

“Jirona” mövsümün əvvəlində Artem Dovbykə 7,75 milyon avro xərcləyərək tarixlərinin ən bahalı transferini həyata keçiriblər. “Jirona”nın məşqçisi Mişel futbolçu karyerasının böyük hissəsini “Rayo Valyekano”da keçirib və karyerasına eyni klubda məşqçi kimi başlayıb. Oradan “Huesca”ya, 2021-ci ildə isə “Jirona”ya transfer olub. Futbol biliklərinə tez yiyələn Mişel komandasının topa sahib olmasına üstünlük verir. “Xetafe” və “Almeriya” kimi klublarla evdə oynadığı matçlarda topa sahiblik faizi 60-ın üzərindədir, daha çətin matçlarda bu nisbət 45 faiz ətrafında olur, lakin heç vaxt bundan aşağı düşmür. Evdə "Real Madrid"ə 3:0 hesabı ilə uduzduqları matça qədər 4-1-4-1 düzülüşü ilən oynayan “Jirona” bu oyundan sonra3-4-3-ə keçərək 8 matçda 7 qələbə və 1 heç-heçə əldə ediblər. Onların matçlarını izləmək son dərəcə xoşdur, çünki adətən çox qol vurulur.

38 qolla liqada ən çox qol vuran komandadırlar, eyni zamanda 20 qol buraxıblar ki, bu da La Liqda orta sıralarda olan klubun statistik göstəricilərinə bərabərdir. Gördüyünüz “Jirona” hücumda fərq yaradır. “Jirona” “City Group”a daxil olan klublarda xüsusilə “Mançester Siti”də forma şansı əldə edə bilməyən futbolçular an çox yaxşı performans alır.

Paulo Gazzaniga: O, illərdir “Tottenhem” və “Sauthampton”da ehtiyat qapıçı olub. "Jirona"ya gəldikdən sonra liqanın ən yaxşı qapıçıları sırasındadır.

Eric Qarcia: “Barselona”da azarkeşlərin etiraz etdiyi futbolçu az qala klubdan qovulub.

David Lopez: Karyerasının çox hissəsini “Espanyol”da keçirən futbolçu bir müddət “Napoli”də də oynayıb. Orta səviyyəli futbolçu hesab edilir.

Daley Blind: O, "Bavariya"nın transfer edib kənara atdığı bir oyunçu idi. O, 34 yaşında karyerasının ikinci baharındadır.

Yan Couto: “Manchester “Siti”nin icarəyə götürdüyü sağ cinah müdafiəçisi. Bu mövsüm göstərdiyi oyunla o, Braziliya millisinin heyətinə də çağırılıb.

Valeri Fernandez: "Barselona"nın yetişdirdiyi oyunçu, "Barselona" ilə oyunda qol vurub.

Arnau Martinez: O da “Barselona” akademiyasında futbola başlayıb. 4 nəfərlik müdafiədə və ya 3 nəfərlik müdafiədə sağ mövqedə oynaya bilən futbolçudur.

Juanpe: 2016-cı ildən “Jironada”dır. Əvvəllər “Rasinq Santander” və “Las Palmas” kimi komandalarda oynamış ehtiyat müdafiəçidir.

“Aleks Garcia”: O da, keçmiş “Mançester Siti” oyunçusudur. 2020-ci ildə “Dinamo Buxarestə” göndərilib. 2023-cü ildən etibarən o, "Jirona"nın kapitanıdır və İspaniya milli komandasının heyətinə çağrılıb.

İvan Martin: O, “Vilyarreal”da oynasa da, uğur qazana bilməyib. “Mirandes” və “Alaves”də icarədən sonra "Jirona"ya gəlib.

Yangel Herrera: “Mançester Siti”nin illərdir sağa-sola kirayə verdiyi futbolçulardan biridir. 26 yaşına qədər belə davam edib. Bu il “Jirona”ya gəlib.

Pablo Torre: Ötən mövsüm "Barselona"da bir neçə oyun şansı olub, hətta Çempionlar Liqasında "Viktoriya Plzen"ə qol vurub. Bu mövsüm "Jirona"da icarədədir.

Con Solis: 19 yaşında, Kolumbiyadan 6 milyon avroya transfer olunub və Dovbykdən sonra komandanın tarixində ən bahalı transfer olub. Hazırda çox oynanmasa da, istedadlıdır.

Savio: “City Group”da yer alan “Troya” komandasının oyunçusudur, lakin heç vaxt onlar üçün oynamayıb. Ötən mövsüm cəmi 8 matçda PSV-də icarə əsasında oynayıb. İndi icarə əsasında “Jirona”da oynayır.

Viktor Tsıqankov: Maraqlıdır ki, o, 25 yaşına kimi Ukraynada qalıb. Müharibədən sonra pulsuz hesab edilə bilən qiymətə - 5 milyon avroya “Jirona”ya transfer olub.

Artem Dovbyk: “Jirona”nın Ukraynadan ən yaxşı transferi. La Liqada 15 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Kristhian Stuani: 37 yaşı olmasına baxmayaraq, o, hələ də keyfiyyətli oyunçu və fürsət düşəndə qol vuran əsl peşəkardır. 2017-ci ildə cəmi 2 milyon yarım avroya alınıb. Uruqvay millisinin keçmiş oyunçusudur

Portu: O, "Jirona"nın keçmiş oyunçusu olub. “Real Sosyedad” və “Xetafe”də bəzən ilk 11-də, bəzən isə əvəzedici oyunçu olub. O, bu mövsümün əvvəlində əvəzedici oyunçu kimi komandaya qayıdıb.

Miguel Gutierrez: O, “Real Madrid”də çox oyun şansı əldə etməyən oyunçu olub. Onun transfer haqqının 50 faizi 4 milyon avroya alınıb. Bu performans davam edərsə, “Real” onu geri qaytara bilər.

Heyətdə digər istedadlı futbolçular da var. La Liqada sıradan sayıla biləcək futbolçularla 16 matçda cəmi 7 xal itirən “Jirona” çempion ola bilməsə belə futbol azarkeşləri üçün əyləncəli komandadır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR