Xankəndidəki oyunun hakimləri ilə bağlı MARAQLI DETAL

Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - MOİK matçı üçün hakim təyinatları açıqlanıb.

Metbuat.az Qol.az-a istinadən bildirir ki, AFFA və Peşəkar Futbol Liqası təyinatlar zamanı müəyyən həssas məqamları nəzərə alıb.

Belə ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən Müharibəsinin fəal iştirakçılarından olub. Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da ikinci Qarabağ müharibəsinin veteranlarındandır.

Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin "Qarabağ" komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarından hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı bu gün saat saat 14:00-da başlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı