Dövlət büdcəsinin icrası qaydasına dəyişiklik edildi

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.

Metbuat.az xəbər verir ki, indiyə qədər qüvvədə olan qaydaya əsasən, təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində büdcə təşkilatlarına çatdırıb.

Dəyişikliyə əsasən, bu müddət bir aydan 5 iş gününə endirilir.

Bu Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı