Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək

Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Saziş imzalanıb.

Metbuat.az xəbər verir ki, sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ilə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimunah Mohd Şərif imzalayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı