Tanınmış ekspert Prezidentliyə namizəd oldu - FOTO

Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərəstun Oruclu 7 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında məlumat paylaşıb.

“Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim”,- politoloq qeyd edib.

Qeyd edək ki, indiyədək Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hazırkı dövlət başçısı İlham Əliyev, Zahir Oruc, Fuad Əliyev, Fazil Mustafa, Elşad Musayevin növbədənkənar Prezident seçkiləri üçün namizədliklərinin irəli sürülməsi təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı