Elçin Şirinov Arayiklə görüşdü - Maraqlı faktlar ortaya çıxdı

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, sədr müavini Elçin Şirinov və Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin "rəhbər"ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib.

Metbuat.az xəbər verir ki, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinin müavini Elçin Şirinov Teleqraf.com-a bildirib ki, saxlanılan şəxslər mövcud şəraitdən razı olduqlarını bildiriblər.

"Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Adları qeyd olunan şəxslər onlara heç bir ayrı seçkiliyin edilmədiyini etiraf ediblər. Onlara eyni zamanda ailə üzvlərinin istəyi ilə vəkil də təyin olunub.

Arayik Arutyunyan görüş zamanı qeyd edib ki, o özünü Azərbaycan vətəndaşı sayır. Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir".

Xatırladaq ki, Qarabağda millətçi "Daşnaksütyun" partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan ,separatçıların keçmiş “prezidenti” Arayik Harutyunyan, Ruben Vardanyan, Davit Manukyan,Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı