Üzərində qadağa qoyulmuş torpaqlar barədə məlumatlar reyestrdə əksini tapacaq

Üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar Tikintilərin Dövlət Reyestrində əksini tapacaq.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”də əksini tapıb.

Fərmana əsasən, tikintilərin Dövlət Reyestri məlumatlarına aşağıdakılar aiddir:

- tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar;

- məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə məlumatlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı