Yaşıl Əjdaha 2024-cü ildə bizə nə vəd edir? - Bu şəxslər uğursuzluq yaşaya bilər

Şərq təqviminə görə 2024-cü il Yaşıl Taxta Əjdaha ilidir. Çin mədəniyyətində mifik heyvan gücü, zadəganlığı, şərəfi, şansı və uğuru simvollaşdırır.

Metbuat.az ilin simvolu ilə bağlı maraqlı məlumatları təqdim edir:

Çin mifologiyasında əjdahalar küləyi, yağışı idarə edə bilir, havaya və məhsullara təsir edir, həmçinin dünyaya firavanlıq gətirir. Bu heyvan həm də güclü talisman hesab olunur.

Taxta Əjdaha ili 2024-cü ildə başlayacaq. Onun əvvəlki oxşarı 1964-cü ildə olmuşdu.Çin ənənəsində ağac böyümənin, uğurun və inkişafın elementi hesab olunur. Taxta Əjdahanın enerjisi ənənəvi olaraq yaşıl rəngdədir.

Əjdaha Çin (Şərq) ulduz falının 12 heyvanından beşincisidir. Bu, Bürclər arasında yeganə mifik varlıqdır. Bunun ən enerjili və güclü heyvan olduğuna inanılır.

Çin ulduz falına görə, 2024-cü ildə Əjdaha ili Siçovul, Meymun və Xoruz ilində doğulanlara uğur və bolluq gətirəcək . Öküz, İlan və İt şəxsi və iş həyatında maneələrlə qarşılaşa bilər.

Əjdaha ilində doğulanlar diqqətli olmalıdırlar. Çin ənənəsinə görə onlar 2024-cü ildə uğursuzluqluq yaşaya bilərlər.

Əjdaha ilində doğulan məşhurlar:

Stenli Kubrick (26 iyul 1928) - “2001: Kosmik Odissey” kult filminin ssenari müəllifi, aktyoru və rejissoru;

Con Lennon (9 oktyabr 1940) - musiqiçi, əfsanəvi The Beatles rok qrupunun üzvü;

Bruce Lee (27 noyabr 1940) - döyüş sənətçisi və aktyoru;

Patrick Swayze (18 avqust 1952) - aktyor və rəqqasə, “Çirkli rəqs” və “Kabus” filmlərində baş rolları ifa edib;

Monica Bellucci (30 sentyabr 1964) - aktrisa, "Malena" və "Qrimm qardaşları" filmlərində rol alıb;

Adele (5 may 1988) - müğənni və bəstəkar.

2024-cü ildə nə rəngdə geyinməli?

Taxta Əjdaha səssiz, çalışqan, mürəkkəb işləri sevən sayılır, lakin diqqəti cəlb etməyi xoşlamır. Məhz bu keyfiyyətlər, Çin ənənəsinə görə, 2024-cü ildə doğulanlara xas ola bilər.

Çində qızıl, gümüş və boz-ağ rənglərin Əjdahaya uğur gətirdiyinə inanırlar. Məhz bu çalarlarda Çin ulduz falına görə 2024-cü ili qarşılaya bilərsiniz.

İlin simvolu Yaşıl Taxta Əjdaha olsa da, yaşıl Əjdaha ilində doğulanlar üçün uğursuz rəng sayılır. Yaxşı olardı ki, bu bayramı mavi çalarlı paltarlarda qeyd etməyəsiniz.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR