Bu məsələ ilə bağlı güzəşt olmayacaq - Emin Əmrullayev

“Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində “Azərbaycan dili” fənninin dərs saatları artırılıb. Azərbaycan tarixi fənni ilə yanaşı “Qarabağ tarixi” və “Zəfər tarixi” fənlərinin də Azərbaycan dilində tədrisinə başlanılıb”.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində “Azərbaycan dili” fənninin tədris keyfiyyətinin monitorinqi aparılır və bu proses davam edəcək: “Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının məlumatları da toplanılır. Bu məsələ ilə bağlı tolerantlıq və güzəşt gözlənilməməlidir”.

Nazir deyib ki, Azərbaycan dilinin inkişafı istənilirsə, mütləq bu dildə uşaqlar üçün maraqlı olan məzmunlar yaradılmalıdır.

“Azərbaycan dilin inkişafı təhsil sahəsilə yanaşı, media və siyasətdən də asılıdır. Azərbaycan dilində bu və ya digər səviyyələrdə qurulmuş ünsiyyətin məzmun keyfiyyəti artıqca, bu dilə də olan tələbat da artacaq”, - deyə nazir bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı