Bu iki nazirlik ləğv olunur - Sürpriz isim nazir postuna gətirilir

2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacağı iddia olunub.

Metbuat.az bakupost-a istinadən xəbər verir ki, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq.

Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək.

Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olmayacağını bildirib.

Mənbənin sözlərinə görə, nazirliyin birinci şəxsi sürpriz isim olacaq.

Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinın hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir.

Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərid Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı