Sürpriz transferin arxasında Acun var imiş

Fatih Terimin "Panatinaikos"a transferində Acun Ilıcalının səyləri olduğu iddia edilir.

Metbuat.az xəbər verir ki, İstanbula gələn “Panatinaikos”un sahibi Yannis Alafouzos Acun Ilıcalı ilə evində görüşüb. Yunan mətbuatınının iddiasına görə, Yannis Alafouzosdan sonra Fatih Terim də Acun Ilıcalının evinə gəlib. Üçlü görüşlər nəticəsində Fatih Terim Yunanıstana transferə razılıq verib.

Qeyd edək ki, Acun Ilıcalı Yunanıstanda SKAİ telekanalında “Mr Survivor” adı ilə “Survivor” proqramını aparır. Kanalın partnyoru həm də “Panatinaikos”un sahibi olan Alafouzosdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı