DYP sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib.

İdarədən verilən məlumata görə, bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

"Bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.

Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar", - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR