Bakıda bayram günləri dayanacaqlar pulsuzdur?

Artıq yanvarın 1-i, 2024-cü ildəyik. Hər kəs Yeni il bayramını qeyd edir.

Metbuat.az xəbər verir ki, bayramla bağlı olaraq ölkədə yanvar ayının 7-nə kimi tətildir.

İstirahət və tətil günlərində rahatlığını düşünən hər kəs şəhərə şəxsi avtomobili ilə çıxır. Sürücüləri isə bir məsələ düşündürür, bayram günlərində avtomobil dayanacaqları pulsuz olacaqmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bayram günlərində də parklama pulludur:

“Yalnız bazar günləri, eləcə də saat 22:00-dan saat 7:00-dək parklama pulsuzdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR