Yeni il qazimizə düşərli oldu: 16 il sonra əkizləri dünyaya gəldi - VİDEO

16 ildən sonra qazi ailəsində əkiz oğlan uşaqları dünyaya gəlib.

Baku TV xəbər verir ki, körpələr 2024-cü ilin ilk dəqiqələrində doğulublar.

“İlk körpə 00:01-də, ikincisi isə 00:03-də dünyaya gəlib”, - ginekoloq Yeganə Əliyeva qeyd edib.

Əkizlərin atası Cabbar Tağıyev sevincini Baku TV ilə bölüşüb.

“16 ildir, bu günü gözləyirdik. Həkimlərə təşəkkür edirəm”, - qazi söyləyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR