"Mançester Yunayted"in futbolçusu sabiq klubuna qayıdır

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ceydon Sanço karyerasını yenidən Almaniyada davam etdirməyə çox yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, "qırmızı şeytanlar" 23 yaşlı vingeri Dortmund "Borussiya"sına 6 aylıq icarəyə verəcək.

Mançester təmsilçisi Sançonun maaşının bir hissəsini ödəməli olacaq.

Qeyd edək ki, ingiltərəli oyunçu baş məşqçi Erik ten Haqla münaqişədən sonra əsas komandadan kənarlaşdırılıb. 2021-ci ildən "Mançester Yunayted"də çıxış edən futbolçunun müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, 2017 - 2021-ci illərdə "Borussiya"nın formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı