“Qarabağ” qış “transfer pəncərəsi”ndə ilk futbolçu keçidini reallaşdırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Sabah”ın 28 yaşlı oyunçusu Aleksey İsayev komandaya transfer edilib.
Yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.