Məhərrəm Əliyev etimadnaməsini Aleynikə təqdim etdi

Azərbaycan və Belarus arasında yüksək səviyyəli səfərlərin təşkili müzakirə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 5-də Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Şərqi Avropa ölkəsinin XİN başçısı Sergey Aleynikə etimadnaməsinin surətini təqdim edib. Görüş zamanı tərəflər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Bundan başqa, diplomatlar yüksək və ən yüksək səviyyədə qarşıdan gələn səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, iki ölkə arasında əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin razılaşdırılmasına xüsusi diqqət yetirilib.

Eyni zamanda, tərəflər Belarusla Azərbaycan arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafına diqqət yetirdiklərini təsdiq ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR